"Ondan əsgər olar?" - deyirdilər, şəhid oldu - FOTO

"Ondan əsgər olar?" - deyirdilər, şəhid oldu - FOTO
12:05 2 Noyabr 2016
72 Dünya
Ölkə mətbuatı
A- A+

PKK-lı terrorçuların Hakkari vilayətinin Şemdinli mahalına hücumu zamanı şəhid olan Er Erkan Özdemirin anası "Habertürk"ə müsahibə verib.

Milli.Az  bildirir ki, anası onun haqqında ağlayaraq danışıb:

"Mənim oğlum çox cılız idi. O qədər cansız idi ki, onu görənlər: "Ondan əsgər olar?" - deyirdilər. Forması da enli idi. O, şəkli andiçmə mərasimindən əvvəl xalasıgilə gedəndə çəkdirmişdi. Sonra formanı dərziyə verdik, daraltdı. 

Oğlum həmişə səhər saatlarında mənə zəng edərdi. Amma bu dəfə zəng gələndə gecə idi. Telefonu götürəndə: "Ana, sizin üçün darıxmışam. Birdən ağlıma gəldiz, dedim zəng edim", - dedi. Sağollaşandan sonra yatdım. Gec idi. Səhər yuxudan duranda gördüm ki, zəng gəlməyib. Çox narahat olmuşdum. Gözüm telefonda qalmışdı. Birdən pəncərədən ambulans və polis maşınının bizim qapıya yaxınlaşdığını gördüm. Bizim evə gəlməsinlər deyə, qapını bağlayıb qonşuya getdim. Qapını döydüm, döydüm, açmadılar. Elə bu anda mənə yaxınlaşan polislərdən qara xəbəri aldım..."

Şəhid anası bildirib ki, onun ən böyük arzusu dünyanı gəzmək idi. 

"400 lirə maaş alırdı. Pulunu xərcləmirdi ki, tərxis olandan sonra gəzib dolaşacaq. Arzusuna çatmadan bu dünyadan getdi..."

Bəxtiyar Umarlı
Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR