"Bunu ilk dəfə edəcəyəm" - Elnur

"Bunu ilk dəfə edəcəyəm" -  Elnur
17:16 2 Noyabr 2016
62 Şou
Ölkə mətbuatı
A- A+

Stilist Elnur Həsənov dəfiləyə hazırlaşır.

O, Axşam.az-a açıqlamasında bildirib ki, hazırda eskizlər üzərində çalışır:

“Bu, “A glamour” moda evinin sahibəsi Afaq İsmayılzadə ilə mənim birgə layihəm olacaq. İkimizin ideyaları əsasında eskizlər çəkirik. İlk dəfədir ki, mənim eskizlərim əsasında moda nümayişi keçiriləcək. Kolleksiyada maraqlı geyimlər yer alacaq. Bu iş üzərində ciddi çalışdığımız üçün çox vaxt aparacaq. Dəfiləni ya yazda, ya da gələn ilin sentyabrında keçirməyi düşünürük. Afaq xanımla qərara gəlmişik ki, burada təkcə geyim yox, aksesuar və ayaqqabılar da nümayiş olunsun. İlk dəfədir ki, stilistlə moda evi birgə layihə hazırlayır”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR