Gözəl sinəyə sahib olmaq üçün bunları edin

Gözəl sinəyə sahib olmaq üçün bunları edin
23:36 2 Noyabr 2016
339 Şou
Ölkə mətbuatı
A- A+

Qadınların əksəriyyəti dik və böyük sinəyə sahib olmaq istəyirlər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, edilən bəzi səhvlər sinənin elastikliyini itirməsinə səbəb olur. Bunların qarşısını almaq üçün bəzi nüanslara diqqət etmək vacibdir.

Kökəlib-arıqlamaq:

Sağlam şəkildə edilməyən pəhriz həm atdığınız çəkini sürətlə geri almağınıza, həm də sinənin sallanmasına səbəb ola bilər. Çünki bu proses dərinin elastikliyini itirməsi ilə nəticələnir.

Siqaret çəkmək:

Siqaret çəkmək təkcə ciyərlərinizə deyil, sinənizə də zərər verə bilər. Siqaret qan dövranını zəiflətdiyi üçün dəriyə mənfi təsir göstərir. Beləcə, yaşlanma yaradır.

Yanlış büstqalter seçimi:

 Yanlış büstqalter seçimi də sinənin formasını itirməsi ilə nəticələnə bilər. Belə ki, dəstək verən iplər olmadan büstqalter istifadə etmək buna təkan verən başlıca səbəblərdəndir. Belə bir vərdişiniz varsa, dərhal tərgitməyiniz məsləhətdir.

Günəşdən qorunmamaq:

Günəş şüaları əleyhinə krem istifadə etməmək dərinin yaşlanmasına və qırışmasına səbəb olur. Bu, sinə üçün də keçərlidir. Bu səbəbdən sinənizə də günəş şüalarından qoruyan kremlər çəkməyi unutmayın.

Yanlış idman:

Bəzi mütəxəssislər qaçmağın və irəli-geri edilən bəzi məşqlərin sinə üçün zərərli olduğunu iddia edirlər. Ağır idman etmək də buna daxildir. İdman nə qədər faydalı olsa da, bu zaman sinənizə uyğun büstqalter seçimi də çox vacibdir.

Kifayət qədər su içməmək:

Su içməyin dəriyə bir çox faydası olduğunu bilirik. Kifayət qədər su içməmək isə dərinin elastikliyini itirməsinə və yaşlanmasına gətirib çıxarıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60379

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR