Kim daha öndədir?

Kim daha öndədir?
08:43 3 Noyabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Nevada və Arizona ştatlarında məşhurluğuna görə, demokratlardan olan rəqibi Hillari Klintonu qabaqlayır. Sabiq dövlət katibi öz növbəsində mühüm Pensilvaniya və Florida ştatlarında liderlik edir.

Bu barədə CNN teleşirkətinin ORC tədqiqat xidməti ilə birgə apardığı yeni sorğunun çərşənbə günü açıqlanan nəticələri deməyə əsas verir.

Açıqlanan məlumatlara görə, Arizona sakinləri arasında sorğulananların 49%-i noyabrın 8-də ABŞ-da keçiriləcək seçkilərdə Trampı dəstəkləməyə hazırdırlar. Onların 44%-i Klintonu dəstəkləyir. Nevada ştatında Trampın üstünlüyü daha çoxdur: respondentlərin 49%-i milyarderi prezident görmək istəyir, sabiq dövlət katibini sorğulanan ştat sakinlərinin 43%-i dəstəkləyir.

Sakinləri tarixən demokratlara səs verməyə meyilli olan Pensilvaniyada Klinton respondentlərin 48%-nin dəstəyini qazanıb, Tramp isə - 44%-nin. Klinton, həmçinin Floridada milyarderi qabaqlayır, lakin yalnız iki faiz bəndi (47%-ə qarşılıq 49%).

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR