Türkiyə polisi ölkənin cənubundakı Qaziantep vilayətində təhlükəsizlik tədbirlərini gücləndirib.
Milli.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu tədbirlər İŞİD tərəfindən ola biləcək terror aktı təhlükəsi ilə bağlıdır.
Bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin cəlb olunduğu deyilir. Bundan başqa, yerli polisin İŞİD-ə qarşı yeni əməliyyatlara hazırlaşdığı da məlumat verilib.
Qeyd edək ki, ötən ayın ortalarında Türkiyə Milli Kəşfiyyat İdarəsi ölkənin bütün vilayətlərində İŞİD tərəfindən terror aktları törədilə biləcəyini demişdi.
Milli.Az