Murad Boz və sevgilisindən Hadisəyə cavab - foto

Murad Boz və sevgilisindən Hadisəyə cavab - foto
10:31 4 Noyabr 2016
127 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Murad Boz konsert vermək üçün Amsterdama gedib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, Hollandiyanın paytaxtına aktrisa sevgilisi Aslı Enverlə gedib. Cütlük oradan çəkilmiş birgə fotolarını İnstaqramda paylaşıblar.

İkilinin izləyicilərinin çoxu bu fotoları müğənni Hadisənin son zamanlar Muradla paylaşdığı şəkillərə cavab kimi qiymətləndiriblər.

Xatırladaq ki, Hadisə Muradın yanaqlarını sıxarkən çəkilmiş bir fotosunu paylaşaraq "aramızda 6 yaş fərq var" yazmışdı. Bu fotonun Aslını çox qısqandırdığı deyilmişdi.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60466

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR