Lənkəranda “Uşaq hüquqları aylığı” çərçivəsində “Sizin hüquq, vəzifə və məsuliyyətiniz” adlı dəyirmi masa keçirilib

4 noyabr 2016-cı ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, rayon Təhsil şöbəsi və S.Kazımbəyov adına 6 saylı məktəb-liseyin birgə təşkilatçılığı ilə Lənkəran şəhər 6 saylı orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Sizin hüquq, vəzifə və məsuliyyətiniz” adlı dəyirmi masa keçirilmişdir.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbənin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Aydın Məmmədov, İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Könül Manafova, Lənkəran Təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırov, şəhər 6 saylı tam orta məktəb-liseyin müdiri Akif Xalıqov, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişdir.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxış edərək bildirib ki, “Uşaq hüquqları aylığı”na aid tədbirlər hər il ölkəmizdə qeyd edilir. Dövlətin qayğısı ilə əhatələnmiş uşaqların hüquqlarının qorunması, təmin edilməsi, bu sahədə mövcud olan problemlərin ardıcıl həlli dövlətin daim diqqət mərkəzindədir. Belə ki, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülür.

Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Aydın Məmmədov, Könül Manafova çıxışlarında qeyd ediblər ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmışdır. Son illər uşaqların müasir tələblər səviyyəsində təhsil almasının, təlim-tərbiyəsinin daha səmərəli təşkili üçün lazımi şərait yaradılmış, bu istiqamətdə mühüm layihələr reallaşdırılmışdır.

Lənkəran Təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırov mövzu ilə bağlı çıxış edərək Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə əsaslanan dövlət uşaq siyasəti çərçivəsində cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması və digər məsələlərlə bağlı qəbul edilmiş dövlət proqramları haqqında söhbət açmışdır.

Şəhər 6 saylı tam orta məktəb-liseyin müdiri Akif Xalıqov, məktəbin müəllimi Zamin Baxşıyev mövzu ətrafında çıxışlar etmişdir.

Sonda 6 saylı orta məktəb-liseyin şagirdləri İlkin İmanlı “Uşaqların əmək hüququ”, Aydan Rəcəbova “Uşaqların təhsil hüququ”, Həsən Şirvanov “ Uşaqların sağlamlıq hüququ”, Səlmi Teymurova “Yol hərəkəti qanunu”, Abbasəli Süleymanov “Konstitusiyada uşaq hüququ”, Tural Qəniyev “ Uşaqların istirahət hüququ” barədə çıxışlar etmişdir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR