Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərin sayı artıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"na dəyişikliklər edib.

Dəyişikliyə əsasən Asan imza istifadəçi İD-sinin dəyişdirilməsi, fiziki şəxsin vergi uçotundan çıxarılması və hazır sənəd barədə məlumatın verilməsi Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərin siyahısına daxil edilib.

Milli.Az