Küçəni zibilliyən 535 nəfər cəzalandırıldı

Küçəni zibilliyən 535 nəfər cəzalandırıldı
12:47 5 Noyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi (DIN) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Milli.Az report-a istinadən bildirir ki, cari ilin 9 ayı ərzində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə 535 nəfər inzibati məsuliyyətə cəlb edilib, həmin şəxslərə ümumilikdə 23.000 manatdan artıq cərimələr tətbiq olunub.
Bu ilin oktyabr ayı ərzində paytaxtın Yasamal, Səbail və Xəzər rayonları ərazilərində analoji hüquqpozmalara yol vermiş 3 nəfər barəsində 13.550 manat məbləğində cərimələr tətbiq edilib.
Həmçinin, ev heyvanlarını qadağan olunmuş yerlərdə gəzdirdiklərinə görə də 3 nəfərin hər biri 200 manat məbləğində cərimələnibr.
Hazırda göstərilən istiqamətlərdə tədbirlər davam etdirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR