Azərbaycanlı müğənni Nicat Məhərrəmov yenidən "O səs Türkiyə" yarışmasında səhnəyə çıxıb.
Axşam.az-ın məlumatına görə, o, Gökhan Tepenin repertuarından "Yalan olur" mahnısını səsləndirib. Həmyerlimiz ifası ilə heç bir münsifi döndərə bilməyib.
Xatırladaq ki, N.Məhərrəmov iki il əvvəl də müsabiqəyə qatılmış və ifası ilə Gökhan Özoğuz, Hadisə və Mahzar-Özkan cütlüyünün diqqətini çəkmişdi. İfaçı Gökhanın komandasını seçmiş və növbəti mərhələdə uduzmuşdu.