Ucarda “Prado” aşdı - FOTO

Ucarda “Prado” aşdı - FOTO
17:53 6 Noyabr 2016
210 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 246-cı kilometrliyində, Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.

“90 CC 120” dövlət nömrə nişanlı "Toyota Prado" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Bakı şəhər sakinləri 1955-ci il təvəllüdlü Nizami İslam oğlu Musayev, 1960-cı il təvəllüdlü Həmidə İbrahim qızı Əliyeva və Tərtər rayon sakini 1968-ci il təvəllüdlü Məhbubə Musa qızı Abbasova ağır xəsarət alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. (apa)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR