Toydan sonra qətl törədən şəxs ələ keçdi - AZƏRBAYCANDA

Toydan sonra qətl törədən şəxs ələ keçdi - AZƏRBAYCANDA
12:32 7 Noyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qətl törətdiyi üçün axtarışda olan şəxs tutulub.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi, Sabunçu RPİ və İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Canbulad Hüseynov tutulub.  

Bildirilir ki, C.Hüseynov bu ilin 6 sentyabr tarixində İsmayıllının Topçu kənd sakini, 40 yaşlı Hikmət Feyzullayevi kənddə toy məclisindən çıxarkən qətlə yetirib və 2 ay ərzində müxtəlif yerlərdə gizlənib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR