ABŞ-Rusiya müharibəsində... - ƏN DƏHŞƏTLİ SSENARİ

ABŞ-Rusiya müharibəsində... - ƏN DƏHŞƏTLİ SSENARİ
16:13 7 Noyabr 2016
271 Dünya
Ölkə mətbuatı
A- A+

“İndiki siyasi vəziyyətdə ən pis şey ABŞ və Rusiyanın birbaşa hərbi qarşıdurmasıdır. Buna görə də iki ölkə yeni “soyuq müharibə”dən qaçmalıdır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Vaşinqtondakı Amerika Tarix Universitetinin professoru, Nüvə Tədqiqatları İnstitutunun direktoru Piter Kuznik deyib.

“ABŞ Rusiya ilə müharibəyə başlamaqla ən pisini edə bilər. Bəşəriyyət Rusiya ilə müharibəni yaşamaya bilər. Amma hər şey kiçik hadisələrdən başlanır, daha sonra genişlənir. Amerika Rusiyanın, Rusiya isə Amerikanın təyyarəsini vura, daha sonra müharibə başlaya bilər”, - deyə Kuznik bildirib.

O, əlavə edib ki, Yaxın Şərqdə Rusiyanın hər ehtiyatsız hərəkəti regiona hərbi müdaxilə üçün ABŞ-ın əlinə əsas verir, bu isə onsuz da gərgin olan beynəlxalq vəziyyəti daha ağırlaşdırır.

Professor heç kimin nüvə müharibəsi istəmədiyini, amma ən kiçik hərbi qarşıdurma zamanı onun istifadəsi ehtimalının olduğunu qeyd edib.

Qeyd edək ki, Kuznik ABŞ xarici siyasətini kəskin tənqid edənlərdən biridir.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR