Tərbiyədə tənbeh, yoxsa təşviq?

Tərbiyədə tənbeh, yoxsa təşviq?
08:17 8 Noyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsanın tənbehdən daha çox təşviqə ehtiyacı vardır. Təşviq insana ümid verir, onu gələcəyə ümidvar edir. Ona yaxşı insan olmağı aşılayır. Ancaq insanlar təşviqə çox böyük əhəmiyyət vermirlər. Biz daha çox təhqir və tənbeh etməyə meylliyik. Bu da övladlarımızın ümidsiz və məyus olmasına səbəb olur. Biz öz əllərimizlə övladımıza həqarət etməi öyrədirik, onlarda olan müsbət enerjini alırıq. Təşviqin öz yolları vardır ki, ona diqqət edək:

1. Yaş şərti. Uşağı təşviq edən zaman yaş həddi çox mühümdür, gərək ona riayət edilsin. Hər bir yaşın özünəməxsus xüsusiyyətləri vardır, onu nəzərə almaq lazımdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bunun üçün də uşaq psoxologiyasından xəbərdar olmaq lazımdır. Hər bir yaşda uşağın istəkləri fərqlənir, həmçinin hədiyyə növü də fərqlənir. Kiçik yaşlı uşağı təşviq edən zaman onu qucaqlayır, öpürük, ancaq yeniyetmələrdə belə deyildir. O, təkcə nəvazişlə kifayətlənmir. Yeniyetmə həm də istəyir ki, onu insanların içərisində təşviq edəsən.

2. Cins şərti. Qız və oğlan uşağına verilən hədiyyənin və təşviqin fərqi vardır. Onların ruhi və ictimai həyat şərtlərini nəzərə alsaq, görərik ki, oğlanlar daha çox hərəkət edən və mühərriki olan oyuncaqlardan xoşlanırlar. Ancaq qız uşaqları daha çox gözəlliyə yer verirlər. Məsələn kiçik oğlan uşağını təşvq etmək üçün ona bir velosiped və ya maşin oyuncaq ala bilərik. Ancaq qız üçün isə sırqa, boyunbağ oyuncaqlarından alsaq, daha yaxşı olar.

3. Ruhi vəziyyətlərinə uyğun. Təşviq edən zaman nəzərə almalı olduğumuz şərtlərdən biri də uşağın ruhi vəziyyətinin necələyidir. Kiçik yaşlı uşaqlar daha çox tez keçən ləzzətlərin dalınca olurlar. Məsələn bir konfetlə onları sevindirə bilərik. Ancaq yeniyetməni bir konfetlə sevindirmək olmaz. Elə bir təşviq növünə əl atılmalıdır ki, onların ictimai zövqünü oxşaya bilsin. Kiçik yaşlı uşaqlar üçün adətən təşviqin zahiri maraqlı olur, ancaq yeniyetmə üçün batini. Çünki kiçik yaşlı uşaqlar ətrafı hissləri ilə dərk edirlər, ancaq yeniyetmələr idrakları ilə.

4. Gördüyü əmələ görə. Uşağı təşviq edən zaman hədiyyə vermək istəyiriksə, bunu onun etdiyi əməyə uyğun etməliyik. Bəzən uşaq çox adi və kiçik bir iş görür, bəzən də böyük və mühüm. Bu zaman yanaşma tərzi eyni olmamalıdır.

5. Dərk qüvvəsinə uyğun. Bütün uşaqlar eyni səviyyədə dərk etmirlər. Ola bilsin ki, bir hədiyyə bir uşaq üçün qanəedici olsun, ancaq onunla eyni yaşda olub, daha ağıllı uşaq üçün bir təhqir hesan edilsin. Ona görə də zirək uşaqları başqalarından ayırmaq lazımdır. Ola bilsin ki, bəzi uşaqlar həddi-büluğa çatır, ancaq düşüncəsində hələ də uşaq olaraq qalmış olsun. Ya kiçik yaşına baxmayaraq, böyüklər kimi düşünən uşaq olsun.

6. Hədiyyə qiymətli olmamalıdır. Valideynlər bəzən övladları üçün elə bahalı hədiyyələr alırlar ki, sonra da onu qorumaq üçün qəfəsə qoyurlar. Uşağı onunla oynamağa qoymurlar. Ona görə yaxşı olar ki, alınan hədiyyər bahalı olmasın.

7. Uşaqda yaradıcılıq hissi oyatmaq. Uşağı elə təşviq etmək lazımdır ki, onda yaradıcılıq ruhiyyəsi yaratsın. Gərək bu təşviq uşaqda təkəbbür, eqoistlik yaratmasın. Təşviq onun əxlaqını yaxşılaşdırmalıdır. Ona hədəfinə çatmağa yardım etməli, səyini artırmalıdır. Həmçinin uşaq üçün alınan hədiyyələr və oyuncaqlar elə olmalıdır ki, fikrini və zehnini hərəkətə gətirsin. Onda yeniliklər etmək həvəsi oyatsın.

Valideyn çalışmalıdır ki, təşviq edən zaman mötədilliyini qorusun, nə ifrat etsin və nə də təfrit.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR