266 milyardlıq layihə dayandırıldı

266 milyardlıq layihə dayandırıldı
10:13 8 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Neftin qiymətindəki eniş iqtisadi tədbirləri davam etdirən Səudiyyə Ərəbistanının 266 milyard 600 milyon dollar dəyərində layihələri dayandırmasına səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA məlumat yayıb. Xəbərdə deyilir ki, hökumətin üst səviyyəsində iqtisadiyyat və inkişaf sahəsində toplantı keçirilib.

İclasda 266 milyard 600 milyon dollar dəyərində çox sayda layihənin dayandırılmasına qərar verilib.

Dayandırılan layihələrin məzmununa dair detallı məlumat verilməyib. Ər-Riyad rəhbərliyinin sentyabrın 26-da açıqladığı son kəmər sıxma paketində nazirlər, dövlət məmurları və Şura Məclisi üzvlərinin maaş və digər ödənişlər kəsilmişdi.

Səudiyyə Ərəbistanı keçən il 98 milyard dollar olan büdcə kəsirini 2016-cı ildə 87 milyard dollara endirəcəyini açıqlamışdı.

İqtisadiyyat şöbəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR