"Unibank" ASC-yə yeni sədr müavini seçilib.
Milli.Az bildirir ki, Bankdan APA-ya verilən məlumata görə, səhmdarların ümumi yığıncağının qərarına əsasən, İdarə Heyətinin üzvü Asəf Hüseynov "Unibank"ın İdarə heyəti sədrinin müavini təyin edilib.
Qeyd edək ki, A.Hüseynov hazırda bankın Baş risk inzibatçısıdır.
A.Hüseynov "Unibank" komandasına qoşulmazdan əvvəl başqa kommersiya bankında müxtəlif vəzifələrdə, sonra isə Mərkəzi Bankda fəaliyyət göstərib.
Milli.Az