“Qalatasaray”da 40 milyonluq futbolçu

“Qalatasaray”da 40 milyonluq futbolçu
13:33 8 Noyabr 2016
116 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Brumanın transfer qiyməti açıqlayıb.

Publika.az xəbər verir ki, 22 yaşlı futbolçunu transfer etmək istəyən klub 40 milyon avrosundan keçməlidir.

İstanbul təmsilçisi 2018-ci ilin yayında başa çatacaq müqaviləni artırmaq niyyətindədir. Artıq rəhbərlik yığma komandaların oyunları səbəbindən yaranan fasilədə portuqaliyalı futbolçunun menecerləri ilə görüşəcək.

Yeni müqavilə imzalanacağı təqdirdə Brumanın maaşı 2 dəfə artacaq.

Qeyd edək ki, Bruma 2013-cü ildə Portuqaliyanın "Sportinq" klubundan "Qalatasaray"a transfer olub. O, icarə əsasında Türkiyənin "Qaziantepspor" və İspaniyanın "Real Sosyedad" klublarında çıxış edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/175176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR