"Qarabağ"ın daha bir futbolçusu Ansi Aqolli də milli komandasına çağırılıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi Albaniyanın İsraillə qarşılaşma üçün açıqlanan 26 nəfərlik heyətinə kapitan kimi dəvət alıb.
Albanlar noyabrın 12-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İsraili qəbul edəcəklər.
Qeyd edək ki, Aqolli "Qarabağ"dan millilərə çağırılan 12-ci oyunçu olub. Ağdam klubunun 8 üzvü Azərbaycanın əsas, 2 oyunçusu U-21 yığmasına çağırılıbsa, qapıçı İbrahim Şehiç də Bosniya və Herseqovina millisinə dəvət alıb.
Milli.Az