Favoritlər hər zaman qalib gəlmir. ABŞ-da keçirilən
prezident seçkilərdə ölkə tarixinin sürprizlərindən biri reallaşdı.
Moskva Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığını növbəti
dəfə bəyan etdi. Ukrayna Nazirlər Kabineti Odessa vilayətinin
qubernatoru Mixail Saakaşvilinin istefasını qəbul
etdi.
Rusiya XİN: "Dağlıq Qarabağı dövlət kimi
tanımırıq"
“Rusiya, ATƏT-in Minsk qrupunun digər həmsədr
ölkələri, habelə Ermənistan da daxil olmaqla, digər ölkələr Dağlıq
Qarabağı müstəqil dövlət kimi tanımır”. Bunu Rusiya
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
bildirib.
"Hesab edirik ki, Dağlıq Qarabağın statusu danışıqlarda müəyyən
olunmalıdır. Bununla əlaqədar hazırda onun yeni adlandırılmasının
ortaya çıxması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
ilə bağlı mövqeyinə təsir etməyəcək", - deyə M. Zaxarova Dağlıq
Qarabağ separatçılarının qondarma qurumun adını dəyişdirmək
niyyətinə münasibət bildirərkən söyləyib.
Rusiya XİN sözçüsü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
məsələsinin Hamburqda ATƏT-ə üzv ölkələrin XİN başçılarının
görüşündə müzakirə olunub-olunmayacağına da aydınlıq gətirib:
"Həmsədrlikdə olan tərəfdaşlarımızla birlikdə Dağlıq Qarabağ
münaqişəsi tərəflərinə bu vaxtadək razılaşdırılmış məsələlər
əsasında vasitəçilik yardımı göstərməkdə davam edirik, bu baxımdan
noyabrın 10-da Vyanda ATƏT daimi şurasında, eləcə də Minsk qrupunun
iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə
baxılacaq. İnanırıq ki, bu iş ATƏT XİN başçılarının Hamburqda
dekabrın 8-9-da keçirilək iclasında da davam etdiriləcək".
ABŞ-da prezident seçkiləri
Dünyanın ən güclü ölkəsini ən azından 4 il idarə
edəcək şəxsin kimliyinə aydınlıq gəldi. Bu, Seçicilər
Kollegiyasının 279 səsini qazanan (prezident seçilməsi üçün 270 səs
kifayət edirdi –red.) Respublikaçılar Partiyasının namizədi,
milyarder Donald Trampdır.
Trampın ABŞ-ın 45-ci prezidenti olmaq hüququnu qazanması sürpriz
hesab edildi. Çünki, həm sorğulara, həm də bukmeker kontorlarına
görə, seçkilərin favoriti Demokratlar Partiyasının namizədi, keçmiş
dövlət katibi Hillari Klinton hesab edilirdi.
ABŞ prezidentini seçir: Klinton favorit, Tramp sürpriz
Bu gün dünyanın ən güclü dövləti – ABŞ-ı ən azından dörd il idarə edəcək yeni şəxsin kimliyinə aydınlıq gələcək.
Favorit Hillari Klinton da sürprizlə razılaşaraq
Donald Trampa zəng vurub. Məğlubiyyətini qəbul edən
xanım Klinton milyarderi təbrik edib.
Qələbə nitqi ilə çıxış edənTramp çıxışının
əvvəlində “Bütün Amerikanın prezidenti olacağam”
deyib. Tramp bildirib ki, ABŞ-ın maraqları əsas olsa
da, hamıya qarşı ədalətli davranmağa çalışacaq, dostluq axtaracaq,
ABŞ-la yaxşı münasibətlər qurmaq istəyən bütün ölkələrlə yaxşı
münasibətlər quracaqlar.
Hillari Klinton məğlubiyyəti qəbul etsə də, onun
tərəfdarları məğlubiyyəti həzm edə bilmir. Trampın qələbə qazandığı
dəqiqləşəndən sonra ABŞ-da kütləvi etiraz aksiyaları
başlanıb.
Etiraz aksiyaları Nyu-York, Vaşinqton, Oklend, Portlend və başqa
şəhərlərdə keçirilir. Vaşinqtonda Ağ Evin yanında minlərlə etirazçı
toplanıb. Oklenddə insanlar “Oakland Tribune” qəzetinin
redaksiyasının yerləşdiyi binanın pəncərələrinin sındırıb. Şəhərin
küçələrində avtomobil şinləri yandırılıb.
Nyu-Yorkda isə Donald Tramp və Hillari Klintonun
tərəfdarları arasında qarşıdurma baş verib.
BAŞLANDI: Kaliforniya ABŞ-dan ayrılır
Məğlubiyyəti həzm edə bilməyən Kaliforniya ştatının
sakinlərisə ABŞ-ın tərkibindən çıxmaq üçün kampaniyaya başlamaq
üçün çağırış edib. Sosial şəbəkələrdə səslənən çağırışlar
Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsi ilə
bağlıdır.
Qeyd edilir ki, “Twitter”də “# Calexit” (Böyük Britaniyanın
Avropa İttifaqından çıxması üçün aparılan “Brexit” kampaniyasının
analoqu –red.) heşteqi reytinq qazanmağa başlayıb. Kaliforniyalılar
şəxsi dövlətin yaradılmasını dəstəkləyirlər. “Twitter”in
istifadəçilərindən biri isə zarafat edib ki, Avropa İttifaqında bir
yer boşalıb.
Qeyd edək ki, Kaliforniyada keçirilən seçkilərdə demokratların
namizədi Hillari Klinton qələbə qazanıb.
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş
Ştatlarının yeni seçilmiş Prezidenti Donald Trampa təbrik məktubu
ünvanlayıb. Trampı ilk təbrik edənlərdən biri isə
gözlənildiyi kimi, Rusiya lideri Vladimir Putin olub.
Yeri gəlmişkən,ABŞ-ın Rusiyadakı
keçmiş səfiri Maykl Makfol Vladimir Putin seçkilərinə
müvəffəqiyyətlə müdaxilə etdiyini bildirib. “Putin bizim
seçkilərimizə müdaxilə etdi və müvəffəqiyyət qazandı. Afərin!”, -
deyə diplomat “Twitter”də yazıb.
ABŞ xüsusi xidmət orqanları dəfələrlə bildirib ki, Rusiya
Trampın namizədliyini dəstəkləyir. Vladimir Putin isə cavabında
qeyd edib ki, bu iddialar ictimai rəyə təsir etmək və manipulyasiya
üsuludur. Putin həmçinin deyib ki, Moskva Amerika xalqının seçəcəyi
istənilən prezidentlə işləyəcək.
Türkiyənin Baş naziri Binəli Yıldırım isə fürsətdən
istifadə edib. Donald Trampı təbrik edən baş nazir Türkiyədə dövlət
çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin ekstradisiya
olunmasına kömək etməyə çağırıb.
Onun sözlərinə görə, F.Gülən və onun hərəkatı Ankara-Vaşinqton
münasibətlərinə mənfi təsir göstərir: "Mən əminəm ki, əgər ABŞ qısa
müddətdə Güləni ekstradisiya etsə, münasibətlərdə yeni səhifə
açılacaq".
ABŞ-dakı prezident seçkilərində respublikaçı namizəd
Donald Trampın qələbəsi Avropada şok effekti yaradıb.
Fransanın ABŞ-dakı səfiri Gerard Araud “Brexit” və ABŞ-dakı
seçkilərdən sonra artıq hər şeyin mümkün olduğunu deyib.
“Gözlərimizin önündə bir dünya yıxılır”, - deyə səfir seçkilərin
nəticəsini qiymətləndirib.
Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen seçkilərdən
sonra şok yaşadıqlarını bildirib. Avropadan ilk təbrik isə
gözlənildiyi kimi Fransadakı immiqrant və Avropa İttifaqı əleyhdarı
olan “Milli Cəbhə” Partiyasının lideri Marine Le Pendən gəlib.
Putinlə görüş, Ukraynanin bölünməsi, Əsədin legitimliyi
– Tramp üçün PROQNOZLAR
Trampın ABŞ prezidentliyi dövründə baş verə biləcək
hadisələrlə bağlı proqnozlar artıq səslənməyə başlanıb. Publisist,
ictimai xadim və Litvinenko Fondunun başçısı Aleksandr Qoldfarb
ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsinin
geosiyasətə necə təsir edəcəyinə dair fikirlərini
bildirib.
35 ildən çox ABŞ-da yaşayan Qoldfarb Ukraynanın “QORDON” nəşri
üçün yazdığı məqaləsində geosiyasət, iqtisadiyyat və sosial sferada
aşağıdakı hadisələrin baş verə biləcəyini proqnozlaşdırıb. Lakin
proqnozlar heç də yaxşı deyil.
Putinlə görüş, Ukraynanin bölünməsi, Əsədin legitimliyi – Tramp üçün PROQNOZLAR
Publisist, ictimai xadim və Litvinenko Fondunun başçısı Aleksandr Qoldfarb ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsinin geosiyasətə necə təsir edəcəyinə dair fikirlərini bildirib.
“Yaponiyanın Vanqa” Trampın prezident seçiləcəyini
hələ iyulda proqnozlaşdırmışdı. “Mikediva” adlı
sosial istafadəçisi Donald Trampla bağlı bir video hazırlayıb.
Lakin video Trampın prezident seçkilərində qalib gəlməsindən sonra
məşhurlaşıb.
Belə ki, Mike adlı yaponiyalı oğlan hazırladığı videoda Donald
Trampın hər kəs tərəfindən sevilərək dünyanın prezidenti
seçilməsindən məsindən danışılır. Getdikcə baxış sayı artan video 7
milyona yaxın insan tərəfindən izlənilib.
Yaponiyanın Vanqasından Tramp PROQNOZU - VİDEO
Bu ilin iyulunda “Mikediva” adlı sosial istafadəçisi Donald Trampla bağlı bir video hazırlayıb.
Sən demə, Trampın prezident olacağını hələ 16 il
əvvəl proqnozlaşdırmışdılar. Dünyaca məşhur
"Simpsons" multiplikasiya serialında 2000-ci ildəki seriyalardan
birində milyarder Donald Trampa çox bənzəyən personaj
göstərilmişdi. Həmin personaj ABŞ prezidentliyinə namizəd idi.
İndi həmin öncəgörmə tam reallaşıb. "Simpons" serialının həmin
seriyasını Facebook-dakı "Awareness Act" səhifəsi paylaşıb.
Trampın qələbəsini hələ 16 il əvvəl demişdilər - VİDEO
Dünyaca məşhur "Simpsons" multiplikasiya serialında 2000-ci ildəki seriyalardan birində milyarder Donald Trampa çox bənzəyən personaj göstərilmişdi.
Saakaşvilinin istefası qəbul edildi
ABŞ-dakı prezident seçkiləri dünyanın gündəmində bir
nömrəli mövzu olsa da, Gürcüstanın keçmiş prezidenti Mixail
Saakaşvilinin Ukraynanın Odessa vilayətinin qubernatoru
vəzifəsindən istefa verməsi gündəmdə yerini qoruyub
saxlayıb.
Bu gün Ukraynanın Nazirlər Kabineti Odessa vilayətinin
qubernatoru Mixail Saakaşvilinin istefasını qəbul edib.
Xatırladaq ki, Mixail Saakaşvili noyabrın 7-də istefa verib.
Saakaşvili 2015-ci il mayın 30-da bu vəzifəyə təyin edilmişdi.
Saakaşvili Odessada keçirdiyi mətbuat konfransında deyib ki,
istefa qərarı hakimiyyətin korrupsiya ilə mübarizə aparmaq
istəməməsi ilə əlaqədardır. O, bildirib ki, Ukrayna prezidenti
Pyotr Poroşenko regionda korrupsiya klanlarını şəxsən dəstəkləyir.
Ukrayna prezidenti Saakaşvilinin istefasını siyasi ambisiyalarla
bağlayıb.
Siyasətçi həmçinin bildirib ki, hələ 6 ay əvvəl
istefa vermək istəyirdi, amma Poroşenko onu islahatlar keçirəcəyinə
dair vəd verərək qalmaq üçün inandırıb: “Sadəcə olaraq bu dəfə mən
vədlərə inanmağa meylli deyildim”.
Ukrayna siyasətçisi olduğunu deyən Saakaşvili qələbə
qazanacağını, Gürcüstanda və Ukraynada məğlubiyyətlərə
dözməyəcəyini qeyd edib.
Saakaşvilidən Poroşenkoya sərt cavab: “Məğlubiyyətlərə...”
Siyasətçi həmçinin bildirib ki, hələ 6 ay əvvəl istefa vermək istəyirdi.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu
Suriya lideri Bəşər Əsədlə bağlı rəmsi Moskva ilə danışıqlar
aparıldığını açıqlayıb.
Nazir iki ölkə arasında fikir ayrılığı olduğunu da deyib: “Əsəd
mövzusunda Rusiya ilə fikir ayrılıqları olsa da, dialoqumuz davam
edir”.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175336.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)