Qorbaçov ürəyindən əməliyyat olundu

Qorbaçov ürəyindən əməliyyat olundu
19:08 9 Noyabr 2016
146 Dünya
Ölkə mətbuatı
A- A+

Keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov bir neçə gün öncə xəstəxanaya yerləşdirilib.

Virtualaz.org life.ru-ya istinadən bildirir ki, o, ürəyindən əməliyyat olunub. Bu barədə sayta Qorbaçovun özü məlumat verib.

“Mən hazırda xəstəxanadayam. Bu gün Mərkəzi Klinik Xəstəxananın məşhur həkimi Yevgeni Bloxin ürəyimə kardiostimulyator qoyub", - deyə o söyləyib.

Həkim isə bildirib ki, M.Qorbaçovun vəziyyəti yaxşı olsa da, o hələ bir neçə gün xəstəxanada qalmalıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR