Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində Səhiyyə Nazirliyinin əməkdaşı ifadə verib

Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində Səhiyyə Nazirliyinin əməkdaşı ifadə verib
12:02 10 Noyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin gəlmədiyi elan olunub.
Hakim bildirib ki, iş üzrə olan iki zərərçəkmişlə əlaqə saxlanılıb və həmin şəxslərin növbəti prosesdə iştirak etməsi təmin olunacaq.
Daha sonra iş üzrə şahid olan Məlahət Ağasıyevanın ərizəsinin məhkəməyə daxil olduğu elan edilib. O, ərizəsində istintaqa verdiyi ifadəsi təsdiqləyib. Şahid Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində həkim işləyib. Onun bildirdiyinə görə, poliüretanların tərkibində zəhərli maddə olması müəyyən edilib və bu da zəhərlənməyə səbəb olub. O, ifadəsində işlədiyi dövrdə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru olmuş Akif Əlibəyovn əleyhinə ifadə verib, onunla düşmənçiliyi olmadığını deyib.
Təqsirləndirilən A.Əlibəyov M.Ağasıyevanın ona böhtan atdığını deyib.
Proses noyabrın 15-də davam edəcək.
Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan akrobatları Avropa çempionatının finalına yüksəliblər

26 Sentyabr 2017 11:22

Sentyabrın 26-da səhərədək ölkədə hava şəraiti qeyri-sabit keçib

26 Sentyabr 2017 11:22

Deputata Kırşehir vilayətinin Fəxri Vətəndaşı statusu verilib

26 Sentyabr 2017 11:19

Fikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

26 Sentyabr 2017 11:17

"Qarabağ" - "Roma": start heyətləri açıqlandı

26 Sentyabr 2017 11:17

İlham Əliyev Monteneqro Ali Məhkəməsinin sədrini qəbul edib

26 Sentyabr 2017 11:17

İlham Əliyev Angela Merkeli təbrik edib

26 Sentyabr 2017 11:15

Zahir Əzəmət Rasim Qaracanı necə söydürdü?

26 Sentyabr 2017 11:14

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi DƏQİQ VAXT

26 Sentyabr 2017 11:13

Məktəbdən oğurluq edən şəxs saxlanılıb

26 Sentyabr 2017 11:12

“ABŞ bizə müharibə elan edib”

26 Sentyabr 2017 11:12

Bakıda ilk dəfə “Mübarizlər” layihəsi baş tutub

26 Sentyabr 2017 11:09

Elzadan yeni şeir: "Yedim, yedim, dibini yedim"

26 Sentyabr 2017 11:08

Azərbaycan və Rusiya aqrar universitetləri arasında müqavilə imzalanıb

26 Sentyabr 2017 11:07

Ceyms Appaturay: "Azərbaycanla NATO arasındakı münasibətlər etibarlı və daim inkişaf edəndir"

26 Sentyabr 2017 11:07

Bakı Ali Neft Məktəbində tələbələrə SPM sertifikatları təqdim olunub

26 Sentyabr 2017 11:07

Azərbaycanda kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə cəza yüngülləşdirilir

26 Sentyabr 2017 11:02

İş adamı arvadını tutdurdu - Qadın məhkəmə zalında qandallandı

26 Sentyabr 2017 10:59

Bakıda qız avtobusun qapısından sallanıb getdi

26 Sentyabr 2017 10:59

Bütün proqnozları gerçək olan YAPONLARDAN SENSASİYALI 2018 XƏBƏRDARLIĞI: ABŞ yox olur və...

26 Sentyabr 2017 10:58

Şimali İraqda referendumun ilkin nəticələri açıqlandı

26 Sentyabr 2017 10:58

Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadı məhkəmə zalında həbs edilib

26 Sentyabr 2017 10:57

Azərbaycanın iki boksçusu yeniyetmələr arasında Avropa çempionatında bürünc medal qazanıb

26 Sentyabr 2017 10:57

Süleymanoğlu komaya düşdü: bir neçə gün ömrü qalıb - FOTO

26 Sentyabr 2017 10:57

Azərbaycan mikrokredit götürənlərin sayına görə MDB-də liderdir

26 Sentyabr 2017 10:52

Sabirabadda 6 ay əvvəl ölmüş qadının əri tərəfindən qətlə yetirildiyi məlum olub

26 Sentyabr 2017 10:47

ANAMA “Ceyrançöl" layihəsinin 3-cü mərhələsinin təqdimatını keçirib

26 Sentyabr 2017 10:47

Azərbaycan və Gürcüstan sərhədlərin qorunması məsələsində əməkdaşlığı gücləndirmək niyyətindədir

26 Sentyabr 2017 10:47

Rusiyanı heyran edən 6 yaşlı Ruslan danışdı - VİDEO

26 Sentyabr 2017 10:44

Prezident İlham Əliyev Monteneqro Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

26 Sentyabr 2017 10:42

"Report": Neftin bahalaşması müvəqqəti xarakter daşıyır

26 Sentyabr 2017 10:42

Azərbaycanda 532 nəfər mina partlayışları nəticəsində həlak olub - Son 16 ildə

26 Sentyabr 2017 10:39

Azərbaycanda vəzifəli şəxsin "Kürdüstan" təbliğatı

26 Sentyabr 2017 10:39

Abid Şərifov: "Hərbi sursatların təmizləmə əməliyyatı başlananadək 532 nəfər ölüb"

26 Sentyabr 2017 10:37

Kompüter oyunları üçün ən güclü prosessor təqdim edilib

26 Sentyabr 2017 10:35

Yeni nəsil sualtı rabitə kabeli istismara verilib

26 Sentyabr 2017 10:35

İrandan ölkəyə narkotik gətirilməsinin qarşısı alındı

26 Sentyabr 2017 10:33

İdmançımız ermənini udub “bürünc” qazandı

26 Sentyabr 2017 10:27

Qazaxıstanda brakonyerlik fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən Azərbaycan vətəndaşları saxlanılıb

26 Sentyabr 2017 10:27

Səbinə Əzimova 3 qat Avropa çempionu 3 qat qalibi oldu

26 Sentyabr 2017 10:27

Kərkükə 500 terrorçu gəlib

26 Sentyabr 2017 10:24

Turistləri daşıyan avtobus qəza törətdi: 6 ölü, 20 yaralı

26 Sentyabr 2017 10:23

"Beşiktaş"ın prezidenti Türkiyə Super Kuboku uğrunda oyunun Azərbaycanda keçirilməsini istəyir

26 Sentyabr 2017 10:22

Bakıda 10 yaşlı oğlan itkin düşüb

26 Sentyabr 2017 10:19

Məşhur müğənni sərvət dəyərində çəkmə aldı - FOTO

26 Sentyabr 2017 10:18

AZPROMO Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulub

26 Sentyabr 2017 10:12

İraqdın şimalında keçirilən “referendum”un ilkin nəticələri açıqlanıb

26 Sentyabr 2017 10:12

Cəlilabad: 43 yaşlı kişi özünü güllələdi

26 Sentyabr 2017 10:12

Bakıda 10 yaşlı uşaq itkin düşüb

26 Sentyabr 2017 10:09

Çempionlar Liqası: II turun oyunlarına hakim təyinatları

26 Sentyabr 2017 10:07