Polis mütəşəkkil cinayətkar dəstəni aşkar etdi - FOTO

Polis mütəşəkkil cinayətkar dəstəni aşkar etdi - FOTO
13:22 10 Noyabr 2016
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda psixotrop tərkibli dərman preparatlarını keçirən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar.

DİN-dən Milli.Az-a verilən məlumata görə, insan orqanizminə ciddi zərər vuran, satışı müvafiq qanunvericiliyə əsasən, qadağan olunmuş psixotrop tərkibli dərman preparatlarının ölkəyə gətirilməsinin, o cümlədən alqı-satqısının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstan Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycana psixotrop tərkibli dərman preparatlarını keçirən mütəşəkkil cinayətkar dəstə barədə əməliyyat məlumatı daxil olub.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin mütəşəkkil cinayətkar dəstənin üzvləri - Gürcüstan Respublikasının vətəndaşları Heydər Rüstəmov, onun qohumu Arifə Rüstəmova, eləcə də Ağcəbədi rayon sakini Cavidan Hüseynov və Füzuli rayon sakini Şahin Qurbanov saxlanılıblar.

İlkin araşdırmalar zamanı məlum olub ki, H.Rüstəmov və A.Rüstəmova psixotrop tərkibli dərman preparatlarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirərək digər dəstə üzvləri vasitəsilə satışını təşkil ediblər.

Saxlanılan şəxslərin üzərlərindən, həmçinin yaşadıqları evlərdən külli miqdarda güclü psixotrop təsirə malik olan "Rivotril", "Ksanaks", "Tramadol", "Relanium", "Lyrica" və satışı qadağan olunan digər adlarda dərman preparatları aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Pünhan Mirzə
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR