Araz Ağalarov: "Məni şantaj edirlər"

Araz Ağalarov: "Məni şantaj edirlər"
15:17 10 Noyabr 2016
285 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus olan "Krokus Ekspo" mərkəzinə partlayıcı maddənin qoyulması ilə bağlı hadsənin təfərrüatları məlum olub.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə "life"-a deyib ki, Araz Ağalarov "Krokus Ekspo" mərkəzində partlayış təhlükəsindən sonra xüsusi xidmət orqanlarına və müstəntiqlərə onun ünvanına təhdidlər barədə zənglərin daxil olduğunu, şantaj edildiyini deyib.

Araz Ağalarov bildirib ki, sərgi mərkəzində bomba aşkar edilənə qədər ona 2 milyon dollar məbləğində borcu qaytarmaq tələbi ilə müntəzəm zənglər gəlib. 

İstintaq müəyyənləşdirib ki, şantajçılar iş adamını hədələyib, ondan pul almaq istəyib. Təhlükəli zənglər mesencer və müxtəlif kanallarla daxil olub.

Bu ifadələr əsasında Rusiya Cinayət Məcəlləsinin 167-ci maddəsi ilə cinayət işi açılıb.

Qeyd olunub ki, ayaqoluna partlayıcı maddənin qoyulması təhlükənin ciddiliyindən xəbər verir. Ağalarov isə öz növbəsində hadisənin arxasında kimin dayanacağı barədə məlumatsız olduğunu deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/488158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR