Bakıda Brayl əlifbasında nəşr olunmuş “Quran hekayətləri” kitabının təqdimat mərasimi keçirilib

Bakıda Brayl əlifbasında nəşr olunmuş “Quran hekayətləri” kitabının təqdimat mərasimi keçirilib
16:12 10 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən görmə qabiliyyəti məhdud və ya itirilmiş uşaqlar üçün Brayl əlifbasında nəşr edilmiş kitabın təqdimatı keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini hacı Fuad Nurulla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşları, 5 nömrəli respublika xüsusi internat məktəbinin müəllim və şagird heyəti iştirak ediblər.
Tədbiri 5 nömrəli respublika xüsusi internat məktəbinin direktoru İradə Vəzirova açaraq, belə bir addımın əhəmiyyətini vurğulayıb və əməyi keçənlərə təşəkkürünü bildirib.
DQİDK-nin sədr müavini Gündüz İsmayılov deyib ki, Dövlət Komitəsi tərəfindən dini bilgilərin cəmiyyətə sağlam mənbələr əsasında çatdırılması məqsədilə bir sıra dini ədəbiyyatların nəşri həyata keçirilir: "İlk dəfə respublikada "Qurani-Kərim" Brayl əlifbası ilə nəşr edildi. Bu dəfə isə AMEA-nın müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylunun “Quran hekayətləri” kitabı Brayl əlifbası ilə nəşr olunaraq görmə imkanları məhdud oxucuların ixtiyarına verilib. Əsas məqsədimiz görmə qabiliyyəti məhdud və ya itirilmiş vətəndaşlarımızın dini tələbatının yerinə yetirilməsi üçün müvafiq şərait və imkanların yaradılmasıdır".
QMİ sədrinin müavini Fuad Nurulla bildirib ki, Allah yanında bir insan digərindən sadəcə imanı ilə üstün ola bilər: "Heç bir insan digərindən üstün deyil. Hər hansı bir bədən üzvünün qüsurlu olması o demək deyil ki, sağlam insanlar ondan daha üstündür. Bir insan Allah qatında digərindən ancaq imanı ilə üstün ola bilər. O qədər görmək qabiliyyəti olan, lakin "görməyən" insanlar var ki, görmə qabiliyyəti məhdud insanlar gerçəkləri onlardan daha yaxşı görür, hiss edirlər".


Xəbərin orijinal ünvanı: https://report.az/din/bakida-brayl-elifbasinda-nesr-olunmus-quran-hekayetleri-kitabinin-teqdimat-merasimi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR