Nizami Kino Mərkəzinnin ekranında milli romantik komediya "Gizlənpaç"

Nizami Kino Mərkəzinnin ekranında milli romantik komediya "Gizlənpaç"
18:17 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Nizami Kino Mərkəzi noyabrn 10-dan etibarən ABŞ istehsalı olan "Uidji. iblis lövhəsinin lənəti" və noyabrın 11-dən "Gizlənpaç" milli komediyasının nümayişinə başlayacaq.

"Uidji: iblis lövhəsinin lənəti" filminin ssenari müəllifi və rejissoru Mayk Fleneqandır. Film triller və dəhşət janrında çəkilib. Yaş məhdudiyyəti:16+

Ruhları çağıran Uidji lövhəsi heç vaxt sadə oyun olmayıb. O, ölülər dünyasının portalına xidmət edib. Lövhə, dirilər və ölülər aləminin arasında olan qapıdır. Amma bir gün ruhlar nəzarətdən çıxaraq pis yamanlıqla uşaq bədəninə sahib olurlar...

Filmdəki rollara Annalisa Basso, Elizabet Rizer, Lulu Uilson, Henri Tomas, Parker Mak, Holli Çarlton, Aleks G. Zall, Daq Cons, Keyt Siqel və Sem Anderson çəkilib.

"Gizlənpaç" milli filminin rejissoru Elmir Süleymanov, prodyuseri Müşviq Şahverdiyevdir. Fim romantik komediya janrındadır. Yaş həddi: 14+

Film kloun işləyən iki gəncin həyat və sevgi yolunda düşdüyü sərgüzəştlərindən bəhs edir.

Baş rollarda Müşfiq Şahverdiyev, İlkin Misgərli, Zarina Qurbanova və Səməd Səfiyarov çəkiliblər.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür.(https://www.facebook.com/NizamiCinema?rf=hl)


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/488227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR