88 yaşlı fenomen qadın reklam ulduzu oldu - fotolar

88 yaşlı fenomen qadın reklam ulduzu oldu - fotolar
18:21 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

88 yaşlı moda ikonası Baddi Vinkl daha bir yüksəlişə imza atıb.

Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, İnstaqram hesabında 2 milyondan çox izləyicisi olan fenomen nənə indi də bir reklam filmi üçün kameralar qarşısına keçəcək.
 
“Həmişə özümə güvənmişəm. Mən belə böyümüşəm. Bilirəm, bəzi insanlar çox utancaqdırlar. Amma mən çox insanlarla tanış olmuşam. Özünəgüvənin tək yolu da elə budur. Siz də ünsiyyət qurun”, - deyə 88 yaşlı model bildirib.

Heç kimin fikirlərini diqqətə almayan nənə deyir ki, ona nifrət edənləri görməzdən gəlirəm: “Kim nə deyir, desin. Fikir verməyin. Necə olmaq və görünmək istəyirsiniz, elə də edin. Mənim çox aktiv bir həyatım var. Heç kim mənə göstəriş verə bilməz”.

Özünü müğənni Mayli Sayrosa bənzədən Baddi onunla eyni tərzdə geyindiyini söyləyib.








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR