Tramp Azərbaycan müxalifətini susdurdu

Tramp Azərbaycan müxalifətini susdurdu
10:12 11 Noyabr 2016
219 Ölkə
Ölkə mətbuatı
A- A+

Donald Trampın ABŞ prezidenti seçilməsi Azərbaycanın klintonpərəst müxalifətini, xarici fondlardan qidalanan QHT rəhbərlərini, "hüquq müdafiəçiləri"ni sükuta qərq edib.

Milli.Az bildirir ki, "Vətəndaşların əmək hüquqları Liqası"nın sədri, hüquq müdafiəçisi Sahib Məmmədov azvision.az-a açıqlamasında deyib ki, buna səbəb radikal müxalifətin demokratları özlərinin himayəçisi hesab etməsidir.

"ABŞ fondlarının təsiri altında olanlar demokratları özlərinin himayədarı hesab edirlər. Belə qənaətdədirlər ki, demokratlar bu fondların idarə olunmasında respublikaçılardan daha çox təmsil olunurlar. Trampın qələbə qazanmasından sonra onlar yazıq görkəm alıblar. Amma, bu müvəqqəti susqunluqdur. Çünki ABŞ-ın fondlar vasitəsilə öz siyasətini yaymaq kimi oturuşmuş strategiyası var. Bunlar isə demokratlardan daha radikal dəstək gözləyirdilər". 

S.Məmmədovun fikrincə, hazırda ölkəmizdə qrant biznesinə girişənlərin pulları kəsilə bilər. Onları narahat edən məqamlardan biri də budur. 

"Respublikaçıların demokratlar kimi onlara radikal dəstək verməyəcəyi aydındır. Qrantların verilməsinə gəlincə, qrantlar kəsilə bilər. Bu hal daha çox ABŞ-ın daxili iqtisadi vəziyyəti və prioritetlərinin dəyişməsi ilə bağlıdır. Məsələn, 2003-cü ildə ABŞ İraqa daxil olanda başqa proqramlar üçün nəzərdə tutulan vəsaitləri kəsdi. Yəni, belə hallar bundan əvvəl də olub".

Hüquq müdafiəçisi vurğulayıb ki, respublikaçıların iqtidara gəlişi ilə ABŞ prioritetləri dəyişəcək: "Ola bilsin ki, kimlərsə narahatdır. Prioritetlər dəyişən zaman dəstəklədiyi ənənəvi "siyasi məhbus", dindarların yetişdirilməsi kimi proqramlara ayrılan vəsait kəsiləcək. Məlum olduğu kimi, Suriyada radikalların yetişdirilməsi və onları müdafiə edən "hüquq müdafiəçi"lərinin yaradılması demokratların adı ilə bağlıdır. İndi həmin siyasət Azərbaycanda da gedir. Ölkəmizdə dini radikalları ABŞ-ın Beynəlxalq Dini Komissiyası müdafiə edir. Onlar dini fanatizmin inkişafına dəstək verirlər. Ola bilsin ki, respublikaçılarda bu prioritet dəyişsin. Amma gözləyək, görək nə olacaq. Nəzərə almalıyıq ki, ABŞ-ın oturuşmuş prinsipial məsələləri var və bunlar heç bir siyasi partiyadan asılı deyil". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/488346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR