Tanınmış tənqidçi Cavanşir Yusfli dahilik maniyasına tutulan və “özündən deyən” bəzi yazı-pozu adamlarına səslənib.

Publika.az xəbər verir ki, tənqidçi sosial şəbəkədə stutus paylaşaıb.

O konkret ad çəkməsə də, bəzi yazarları Mirzə Cəlilin sözləri ilə susdurub:

“Hər statusunda özündən deyən və gördüyü yarıtmaz işi həyasızcasına tərifləyən yazı-pozu adamlarına xatırlatma -

“…Əbdülrəşid İbrahimov Yaponiyanın Tokio şəhərindən İstanbulda çıxan “Siratül-müstəqim” məcmuəsinə yazır ki, “mən Yaponiyada hər məclisdə hər gün nitqlər söyləyirəm. Yaponiya üləmasına mənim nitqlərim elə təsir bağışlayır ki, gündə bir neçəsi özündən gedir…” Mirzə Cəlil, 1909”.

Cəvahir