Türkiyə 2018-ci il Dünya çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb

Türkiyə 2018-ci il Dünya çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb
22:57 12 Noyabr 2016
184 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Türkiyə milli yığması 2018-ci il Dünya çempionatının Avropa üzrə seçmə qrup mərhələsi çərçivəsində Kosova üzərində qələbə qazanıb.
“Report” xəbər verir ki, Türkiyə millisi Burak Yılmaz və Volkan Şənin qolları sayəsində Kosovo yığması üzərində 2:0 hesabı ilə qələbə qazanıb.
Qrupun digər oyununda Xorvatiya İslandiyanı qəbu edib. Bu oyunda da ev sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar. Xorvatların hər iki qolunu Marselo Brozoviç vurub. Bu qələbə ilə Xorvatiya 10 xal toplayaraq qrupun vahid lideri olub.
Bu gecə qrupda daha bir oyun keçiriləcək – Ukrayna Finlandiyanı qəbul edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR