Türkiyə ABŞ-dakı etirazlarla bağlı vətəndaşlarına xəbərdarlıq etdi

Türkiyə ABŞ-dakı etirazlarla bağlı vətəndaşlarına xəbərdarlıq etdi
03:19 13 Noyabr 2016
90 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə XİN-i Amerikaya səfər etməyi planlaşdıran vətəndaşlarını ABŞ-da prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyaları ilə bağlı mümkün risklər barədə xəbərdarlıq edib.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin məlumatında bildirilir.  

 

Məlumatda aksiyalar zamanı iğtişaşların, zorakılıq hallarının baş verdiyi qeyd olunub: “Etirazçılar vaxtaşırı polislə münaqişəyə girir, onlardan bir neçəsi saxlanılıb. Portlenddəki etiraz aksiyası  polis tərəfindən qiyam kimi qiymətləndirilib. Həmçinin əcnəbilərə hücum halları qeydə alınıb”, - deyə məlumatda bildirilir.

 

Bununla bağlı Türkiyə XİN-i vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə  edib, insidentlər zamanı hadisə barədə polis şöbəsini məlumatlandırmağa çağırıb.  

 

Qeyd edək ki, bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Dövlət Departamentinin İstanbulda yüksək terror təhlükəsinin olması barədə açıqlamasını tənqid edib: “İstanbul və Ankara ABŞ-ın istənilən ştatından daha təhlükəlidir”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259328

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR