Bakıda "KamAZ" piyadanı vuraraq öldürüb

Bakıda "KamAZ" piyadanı vuraraq öldürüb
10:02 14 Noyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Sabunçu rayonunda yük avtomobili 41 yaşlı kişini vuraraq öldürüb.
"Report"un xəbərinə görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, Maştağa-Bilgəh yolu ilə hərəkət edən "KamAZ" markalı yük avtomobili yolu keçmək istəyən Əliyev Habil Əlibala oğlunu vurub. Ağır xəsarət alan şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. H.Əliyev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-kamaz-piyadani-vuraraq-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR