Mikayıl Cabbarov: "İxtiraçılıq sahəsinin inkişafına diqqət artırılmalıdır"

Mikayıl Cabbarov: "İxtiraçılıq sahəsinin inkişafına diqqət artırılmalıdır"
11:37 14 Noyabr 2016
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ "Bugünkü şəraitdə ixtiraçılıq sahəsinin inkişafına və bu sahədə əqli mülkiyyət hüquqlarının qorunmasına diqqət artırılmalıdır".
"Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov "Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktur müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti" mövzusunda keçirilən beynəlxalq seminarda çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu gün ali təhsil müəssisələrindən əsas gözləntilər elm və bilik məbədi kimi fəaliyyət göstərməklə kifayətlənmir: "Onlar həm də yaradılan bilik və texnologiyaları tətbiq etməklə iqtisadi artım mərkəzlərinə sürətlə çevrilirlər".
M.Cabbarov qeyd edib ki, istənilən elmi fəaliyyətin həyata keçirilməsi üçün cəmiyyət, dövlət, biznes strukturları tərəfindən alətlər təqdim edilməlidir: "Burada həm maddi, həm də qeyri-maddi alətlər nəzərdə tutulur. İstənilən texnologiyanın gündəlik həyatda tətbiqi təmin edilmədən onun dəyəri yalnız bu sahədə fəaliyyət göstərən alim və mütəxəssislər üçün önəmli olaraq qalır, lakin ölkənin inkişafında rolu məhdud qalır".

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/mikayil-cabbarov-i-xtiraciliq-sahesinin-inkisafina-diqqet-artirilmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR