Azərbaycanda oktyabrda əhaliyə 200 mln. kubmetr qaz satılıb

Azərbaycanda oktyabrda əhaliyə 200 mln. kubmetr qaz satılıb
12:22 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 806 yeni abonent qeydiyyata alınıb.
“Report” SOCAR-a istinadən xəbər verir ki, yeni abonentlərin 3 447-si Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 8 359-u isə regionların payına düşüb. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 967 128-ə çatıb. Oktyabrda əhali sektoru üzrə 199,923 mln. kubmetr həcmində təbii qaz satılıb, ödəniş səviyyəsi 107,83% olub.
Noyabrın 1-i tarixinə olan məlumata görə, əhali sektoru üzrə 132 877 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 382 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.                              

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-oktyabrda-ehaliye-200-mln-kubmetr-qaz-satilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR