Putin əmr verdi: Ermənistan ordusu Moskvaya tabe edilir

Putin əmr verdi: Ermənistan ordusu Moskvaya tabe edilir
14:28 14 Noyabr 2016
608 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Ermənistanla Vahid Ordu Birləşmələrinin yaradılması haqda bir müddət öncə əldə olunan razılaşmanı imzalamaq haqda sərəncam verib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə informasiya Kremlin rəsmi internet səhifəsində yayımlanıb.

Sərəncamda deyilir: “Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi müqavilənin imzalanması üçün Ermənistanla danışıqlara başlasın”.

Qeyd edək ki, Vahid Ordu Birləşmələrinin fəaliyyəti ilkin olaraq beş il müddətində nəzərdə tutur. Bu birləşmənin rəhbəri iki ölkə prezidentləri tərəfindən təyin olunur. Dinc şəraitdə birləşmiş ordu Ermənistanın Baş Qərargahına tabe olacaq. Müharibə şəraitində isə tabeçilik birbaşa Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinə keçəcək.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR