Dino Ndlovu millidə oynamaqdan imtina edib

Dino Ndlovu millidə oynamaqdan imtina edib
14:57 14 Noyabr 2016
71 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın cənubi afrikalı futbolçusu Dino Ndlovu ölkəsinin mətbuatına açıqlma verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Sunday World" qəzetinə danışan hücumçu millidən imtina etdiyini söyləyib:

"Xoşbəxt deyiləm. Millidə oynamağa özümü həmişə hazır hiss etmişəm. Artıq hamı bilsin ki, yığmada oynamayacam. Komandanı nə qədər ki, Efraim Maşaba çalışdırır, mən ora gəlməyəcəm. Avropada uğurlu çıxış edən cənubi afrikalı futbolçlardan biri də mənəm. Amma məşqçi bunu görmür. Niyə? Onun məşqlərinə heç vaxt çıxmaram. Milliyə çağırsa da, getməyəcəm. Onun mənimlə problemi var. Yığmada ondan çox futbolçu narazıdır".

Xatırladaq ki, Dino Ndlovu Cənubi Afrika millisinin heyətində 4 oyun keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR