Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, Türkiyə vətəndaşı 1977-ci il təvəllüdlü Atakan Dursun oğlu Çelik hüquq-mühafizə orqanlarına müraciət edərək dələduzluqla üzləşdiyini bildirib. Atakan Çelik ərizəsində qeyd edib ki, 2013-cü ilin iyul ayında Emin Hüseynov adlı şəxs onu aldadaraq 51 000 ABŞ dolları pulunu alıb, lakin indiyədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az