İngiltərə millisində yeni baş məşqçi

İngiltərə millisində yeni baş məşqçi
12:05 15 Noyabr 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə millisinin yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası Qaret Sautqeyti baş məşqçi postunda təsdiqləyib.

Sem Ellardaysın istefasından sonra müvəqqəti olaraq bu vəzifəyə gətirilən Sautqeytin rəhbərliyi altında komanda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şotlandiya üzərində böyükhesablı (3:0) qələbə qazanıb. Bundan sonra yerli assosiasiya Sautqeytlə müqavilə imzalamaq qərarına gəlib.
 
Nəticədə 46 yaşlı mütəxəssis yeni komandası ilə 4 illik sazişə qol çəkib. İllik məvacibi 1,5 milyon funt-sterlinq təşkil edəcək gənc mütəxəssisin müqaviləsində yer alan bəndə görə, uğursuz çıxış təqdirində assosiasiya DÇ-2018-dən sonra anlaşmaya xitam vermək hüququna malik olacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR