“CBC Sport” lahiyəsi "3-lük"də

“CBC Sport” lahiyəsi "3-lük"də
13:37 15 Noyabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

AFFA tərəfindən UEFA-nın ali marketinq mükafatı olan “UEFA KİSS Marketing Awards 2016”ya təqdim olunmuş “CBC Sport” lahiyəsi ən yaxşı kommersiya tərəfdaşlığı meyarı üzrə müxtəlif milli assosiasiyalar tərəfindən təqdim olunmuş 16 layihə arasında 3 ən yaxşı layihə kimi seçilib.


Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qalib layihə noyabrın 23-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək tədbir zamanı müəyyənləşdiriləcək. Seçilmiş layihələrdən digərləri Niderland Krallığı Futbol Assosiasiyası "İNG Bank" həvəskar futbol sponsorluq proqramı və Polşa Futbol Federasiyası – PZPN-in lisenziyalaşdırma proqramıdır. 


Qeyd edək ki, “UEFA KİSS Marketing Awards” hər iki ildən bir keçirilir və UEFA-ya daxil olan milli assosiasiyaların marketinq sahəsində tətbiq etdiyi layihələr 5 meyar üzrə qiymətləndirilir. 2 il öncə AFFA-nın keçirdiyi "3x3 qızlar” turniri ən yaxşı kütləvi futbol layihəsi meyarı üzrə mükafatlandırılıb və layihə UEFA-nın qadın futbolu inkişafı proqramları üzrə hesabatında ən yaxşı təcrübə nümunəsi kimi göstərilib.




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cbc-sport-lahiysi-quot3-lukquotd-t54161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR