Binəli Yıldırım: "Avropa İttifaqı Türkiyə və onun düşmənləri arasında seçim etməlidir"

Binəli Yıldırım: "Avropa İttifaqı Türkiyə və onun düşmənləri arasında seçim etməlidir"
14:47 15 Noyabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ "Avropa İttifaqı Türkiyə və onun düşmənləri arasında seçim etməlidir".
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, Brüssel rəsmi Ankaranın antiterror qanunlarını dəyişəcəyini gözləməməlidir.
Baş nazirin Türkiyə parlamentində qrup toplantısında canlı yayımlanan çıxışı zamanı səsləndirdiyi bəyanat Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin ölkəyə rəsmi səfəri ilə üst-üstə düşüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR