Bir kiloqram heroini 10 min manata satmaq istəyən şəxslər saxlanılıblar

Bir kiloqram heroini 10 min manata satmaq istəyən şəxslər saxlanılıblar
15:27 15 Noyabr 2016
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Hüquq mühafizə orqanları odlu silah-sursatın və küllli miqdarda narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkar dəstənin üzvlərini saxlayıb.
"Report"un xəbərinə görə, Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) Şirvan şəhər sakinləri Cabbar Umudov və Kamil Cəfərovda külli miqdarda narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) və Zəngilan RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş C.Umudov və K.Cəfərov 1 kiloqram çəkidə narkotik vasitə olan heroini 10000 manata satmaq istəyən zaman saxlanılıblar.
Zəngilan RPŞ-ə daxil olan növbəti məlumat əsasında daha bir əməliyyat-axtarış tədbiri isə Lənkəran şəhəri ərazisində həyata keçirilib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) və Zəngilan RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq "Makarov" tipli tapança və həmin silaha məxsus bir ədəd sandıqça gəzdirən Astara rayon sakini Mahir Məmmədov saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq M.Məmmədova həmin silah və döyüş sursatını verən həmyerlisi Şücaət Hacızadə də saxlanılaraq məsuliyyətə cəlb olunub.
Hər iki faktla bağlı cinayət işləri başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bir-kiloqram-heroini-10-min-manata-satmaq-isteyen-sexsler-saxlaniliblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR