Azərbaycan döyüş aviasiya vasitələri şərti düşmənin mövqelərinə zərbələr endirib

Azərbaycan döyüş aviasiya vasitələri şərti düşmənin mövqelərinə zərbələr endirib
18:12 15 Noyabr 2016
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlər Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş vasitələrinin də iştirakı ilə davam edir.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 
Aviasiya vasitələrinin, şəxsi heyətin döyüş hazırlığı və HHQ-nin müasir avtomatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətləri yoxlanılıb.
Tam hazır vəziyyətə gətirilən 50-dən artıq hərbi təyyarə və helikopterlər ehtiyat aerodromlardan döyüş uçuşları yerinə yetirib.
Havaya qaldırılmış aviasiya düşmənin fəaliyyətinin qarşısının alınması və qəflətən qarşıya çıxan düşmən hədəflərinin atəşlə məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirib.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycan-doyus-aviasiya-vasiteleri-serti-dusmenin-movqelerine-zerbeler-endirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR