Azərbaycanlı aktrisa: "Onun böyük sevgiyə ehtiyacı var" - FOTO

Azərbaycanlı aktrisa: "Onun böyük sevgiyə ehtiyacı var" - FOTO
21:22 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı Bələdiyyə Teatrının aparıcı aktrisası Zülfiyyə Qurbanova yeni filmə çəkilir. O, filmə görə avtomobil idarə etməyi də öyrənib. Bu haqda fikirlərini Milli.Az ilə bölüşüb.

"Rejissoru Moskvada yaşayıb-yaradan həmyerlimiz İsmayıl Səfərli olan "More spokoystviya" filmində çəkildim. Rolumun adı Elmira idi. O bir az sərt, zəhmli, eyni zamanda da başqalarının qayğısına qalan bir qızdır. Həyatında boşluqlar çoxdur, buna görə də sevgiyə böyük ehtiyacı var. O zəhmi ilə bu boşluqları ört-basdır etmək istəsə də özündən asılı olmadan bəzi məqamlarda büruzə verir. Elmira o qədər sərtdir ki, əksər hallarda hamı ilə əmrlə danışır. Uşaqlıqdan yetim qaldığına, qardaşını böyütmək, ona analıq etmək məsuliyyəti onun üstünə düşdüyünə görə hər kəsin cavabdehliyini öz üzərində hiss edir.

Rola görə bir neçə saat ərzində maşın sürməyi öyrəndim. Başda rejissorumuz İsmayıl Səfərli olmaqla işinin peşəkarı olan gözəl kollektivlə çalışdım. Filmin texniki tərəfində azərbaycanlılarla yanaşı, ruslar da çalışırdılar. Tərəf-müqabillərim isə istedadlı aktyorlar Qurban İsmayılov və Kamran Ağabalayev idi. Ekran işi beynəlxalq kino festivallar üçün nəzərdə tutulub", - deyə aktrisa bildirib.

Əli Rəhimoğlu

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/489528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR