Azərbaycan BMT-də Krımla bağlı qətnamənin lehinə səs verdi

Azərbaycan BMT-də Krımla bağlı qətnamənin lehinə səs verdi
08:43 16 Noyabr 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna çərşənbə axşamı BMT Baş Assambleyasının III Komitəsində Krımda insan haqlarının pozulması ilə bağlı vəziyyəti pisləyən və Rusiyanı yarımadaya beynəlxalq müşahidəçiləri buraxmağa çağıran qətnamənin qəbul etdirilməsinə nail olub.

"Report" xəbər verir ki, sənədin lehinə 73 ölkə, o cümlədən Böyük Britaniya, ABŞ, Azərbaycan, Gürcüstan və Avropa İttifaqı ölkələri səs veriblər.

Rusiya, Ermənistan, Belarus, Venesuela, Çin, KXDR, Hindistan, İran, Qazaxıstan, Serbiya, Suriya, Özbəkistan da daxil olmaqla 23 ölkə sənədin əleyhinə səs verib. Daha 76 ölkə, həmçinin Qırğızıstan və Tacikistan bitərəf qalıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR