Moskva prospektində zəncirvari qəza tıxac yaratdı - 5 maşın toqquşdu

Moskva prospektində zəncirvari qəza tıxac yaratdı - 5 maşın toqquşdu
09:42 16 Noyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Bakının Yasamal rayonu ərazisində zəncirvari qəza baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza səhər saat 09:20-də Bakı Beynəxalq Avtovağzalından "20 Yanvar" istiqamətində hərəkət edən yolda, Moskva prospektində qeydə alınıb.

Həmin istiqamətdə hərəkətdə olan "Mercedes-C Class" makralı avtomobil yüksək sürətlə hərəkət edərkən, yolun sürüşkən olması səbəbindən sürücü idarəetməni itirib. Nəticədə maşın keçidin səkisinə dəyərək hərəkətdə olan "Nexia" markalı avtomobilə çırpılıb. Daha sonra "VAZ-2107" markalı maşına dəyib. "VAZ-2107" markalı avtomobil isə "Opel" və digər "VAZ-2107" markalı maşına çırpılıb.

Hadisə nəticəsində "Mercedes-C Class" markalı maşında olan sərnişin yaralanıb. Avtomobillərə maddi ziyan dəyib. Qəza nəticəsində yolda avtomobil sıxlığı yaşanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR