Bakıda 56 yaşlı qadın boğaz nahiyəsindən bıçaq
xəsarətləri alıb.
"Report"un xəbərinə görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, "Yeni
sahə" adlanan ərazidə baş verib.
Belə ki, 1960-cı il təvvəllüdlü Hüseynova Bəsti Kərim qızı münaqişə
zəminində kürəkəni Füzuli Musyaev tərəfindən boyun nahiyəsindən
bıçaqlanıb. Ağır xəsarət alan B.Hüseynova xəstəxanaya
çatdırılıb.
Qeyd edək ki, Bəsti Hüseynovanın qızı həyat yoldaşından 5 il əvvəl
ayrılıb. Yenidən ailə həyatı qurmaq üçün F.Musayev arvadına barışıq
təklifi edib. Lakin onların arasında mübahisə düşüb. Bu zaman ər öz
arvadını bıçaqlamaq istəyib. Mübahisə zamanı kürəkəninin qızını
bıçaqlayacağını görən B. Hüseynova onların arasına girib və
nəticədə bıçaq qadına tuş gəlib.
F.Musayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.