AZAL klubu "Xəzər Lənkəran"ın sabiq futbolçusu ilə gələn həftə müqavilə bağlayacaq

AZAL klubu "Xəzər Lənkəran"ın sabiq futbolçusu ilə gələn həftə müqavilə bağlayacaq
11:07 16 Noyabr 2016
92 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ AZAL klubu "Xəzər Lənkəran"ın sabiq futbolçusu Sadio Tounkara ilə gələn həftə müqavilə bağlayacaq. Bu barədə "Report"a klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.
Onun sözlərinə görə, malidən olan 24 yaşlı yarımmüdafiəçi gələn həftə komandanın düşərgəsində olacaq: "Hazırda viza məsələlərinin həlli ilə məşğuluq. Tounkara 21-22 noyabrda AZAL-ın düşərgəsində olacaq. Gələndən sonra onunla mövsümün sonunadək müqavilə bağlayacağıq".
Qeyd edək ki, Sadio Tounkara 2012-ci ilin yanvarından 2015-ci ilin dekabrınadək "Xəzər Lənkəran"da çıxış edib. O, 126 oyuna 17 qol vurub. Azərbaycandan ayrıldıqdan sonra Tounkara Cənubi Kiprin "Enosis" klubunda forma geyinib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR