Özcan Dənizin “İkinci Şans” filminin möhtəşəm qalası - FOTOLAR

Özcan Dənizin “İkinci Şans” filminin möhtəşəm qalası - FOTOLAR
10:48 17 Noyabr 2016
147 Şou
Ölkə mətbuatı
A- A+

Özcan Dənizlə Nurgül Yeşilçayın illər sonra birlikdə tərəf müqabili olduğu "İkinci Şans" filminin qalası keçirilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təqdimat mərasimində filmin yaradıcı heyəti ilə yanaşı, Sevim Emrə, Orhan Gencebay, Xədicə Şendil, Burak Sağyaşar, Seray Sevər və Aydəmir Akbaş kimi çox sayda məşhurlar da qatılıb.

Özcan Dəniz verdiyi açıqlamada bu hekayənin "Asmalı Qonaq” filminə bənzəmədiyini deyib. Məşhur müğənni, aktyor və rejissor həmçinin "Nurgülü bu filmdə çəkilməyə mən deyil, ssenari inandırıb. Bəyənməsəydi, heç nə edə bilməzdim. Ssenarini və obrazını çox bəyəndi və oynamaq istədi”, – deyə etiraf edib.

Filmdə Jasmin xarakterini canlandıran Nurgül Yeşilçay isə Özcan Dənizin mükəmməl rejissor olduğunu və çəkilişlərin çox yaxşı keçdiyini deyib.

Məlumat üçün bildirək ki, filmin Azərbaycandakı qalası noyabrın 26-da Nizami Kino Mərkəzində keçiriləcək.

Aytən













Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/176242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR