Aİ Ukrayna ilə vizasız rejimə dair ilkin razılıq verdi

Aİ Ukrayna ilə vizasız rejimə dair ilkin razılıq verdi
08:24 18 Noyabr 2016
56 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı ölkələri Ukraynaya vizasız rejimin tətbiq edilməsinə dair ilkin razılıq veriblər.

 

APA-nın xəbərinə görə, bu barədə “Reuters” diplomatik mənbələrə istinadən məlumat yayıb.   

 

Məlumata görə, vizasız rejim hələlik ukraynalıların Şengen zonası ölkələrinə qısamüddətli səfərlərinə (90 sutka) şamil ediləcək.

 

Bununla belə, qeyd olunur ki, Ukrayna ilə vizasız rejim haqqında sazişin icrası bu rejimin dayandırılması mexanizminin təkmilləşdirilməsindən sonra mümkün olacaq.

 

“Mən noyabrın 24-də keçiriləcək Aİ-Ukrayna sammiti ərəfəsində bu cür müsbət qərarın qəbul edilməsindən çox məmnunam”, - deyə daimi nümayəndələr komitəsinin sədri Piter Yavorçik bildirib.   

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259821

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR