Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda elektrik qızdırıcısının üzərinə yıxılan kişi ölüb.
“Report”un Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, noyabrın 9-da paytaxtın Nizami rayonu ərazisində yaşayan 70 yaşlı Nurəddin İbrahimov evlərində elektrik qızdırıcısının üzərinə yıxılaraq yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilən N.İbrahimov noyabrın 17-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.