Bu gündən sürücülük vəsiqəsi ilə bağlı dəyişikliklər qüvvəyə minir

Bu gündən sürücülük vəsiqəsi ilə bağlı dəyişikliklər qüvvəyə minir
11:57 19 Noyabr 2016
348 Ölkə
Ölkə mətbuatı
A- A+

Sürücülük imtahanı verilərkən "B" kateqoriyası üzrə avtomatik ötürmələr qutusu olan avtomobillə təcrübi imtahan verməyə icazə verən dəyişiklik bu gün qüvvəyə minib.

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.

Lakin onun sözlərinə görə, bunu dərhal tətbiq etmək mümkün olmayacaq: "Çünki sürücülük imtahanı ilə bağlı Nazirlər Kabinetinin qərarı və Daxili İşlər Nazirliyinin (DİN) təlimatı da dəyişdirilməlidir".

Ekspert, həmçinin qeyd edib ki, bu gün xaricdə alınan sürücülük vəsiqələrinin dəyişdirilməsinin konkret müddətlə məhdudlaşması barədə dəyişiklik də qüvvəyə minib: "Xarici sürücülük vəsiqəsi olanlar onu 1 aydan gec olmayaraq bizim milli vəsiqəyə dəyişməlidirlər".

Yusif Nəsirli
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR